Eminlə ailəsi və rus ulduzlar Bakıda qırmızı xalçada - Fotolar

eminle-ailesi-ve-rus-ulduzlar-bakida-qirmizi-xalcada
Oxunma sayı: 14117

Xəbər verdiyimiz kimi, bu gün Bakıda “Jara” musiqi festivalı start götürüb.

“Qafqazinfo”nun məlumatına görə, musiqili gecəyə müğənnilər və komandaları, rəqqaslar daxil olmaqla 1200 nəfər gəlib.

Tədbirdə Rusiyanın məşhur sənətçiləri – Filipp Kirkorov, Alekseev, Burito, Doni, Natan, Aleksandr Panayotov, Feduk, Aleksey Çumakov, Ani Lorak, Anna Sedokova, Nikolay Baskav, Eqor Krid, MOT, Timati, Sergey Lazarev, Yuliya Kovalçuk, Denis Klyaver, Loboda, Monatik, Nyuşa, Natan iştirak edir. 

Qeyd edək ki, layihənin təşkilatçıları – bəstəkar-müğənni Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqoriy Leps, “Russkoye radio”nun təsisçisi Sergey Kojevnikovdur. 

Festivala E. Ağalarovun ailə üzvləri də qatılıb.

Elvin Elxan

Fotolar: Pərvin Zeynal