Əmisiylə öpüşdüyü təsdiqləndi - Əri 1 milyon istəyir...

emisiyle-opusduyu-tesdiqlendi
Oxunma sayı: 1603

Türkiyənin məşhur aparıcısı Murat Başoğlunun yaxtada öpüşərkən görüntüləndiyi Burcu Başoğlu Kabadayının qardaşı qızı olduğu təsdiqlənib. 

“Qafqazinfo” xəbər verir ki, B. Kabadayının həyat yoldaşı Selçuk Kabadayın vəkili Hüriyyet qəzetinə açıqlama verib. 

Handan Yazıcıoğlu bildirib ki, Murat Başoğlu Burcu Kabadayının əmisidir: 

“Bu gün Anadolu Məhkəməsinə boşanmaq barədə müraciət etdik. Murat bəy Burcu xanımındoğma əmisidir. Qəzetlərdə çıxan fotolardan başqa sübutlarımız da var. Həmçinin, münasibətlərinin uzun olması barədə şahidlərimiz də mövcuddur. Selçuk Kabadayı maddi və mənəvi təzminat olaraq 1 milyon TL tələb edir”.