Əmlak Komitəsinin qaynar xətləri birləşdirilib

emlak-komitesinin-qaynar-xetleri-birlesdirilib
Oxunma sayı: 644

Əmlak Məsələləri Dövlət Komitəsinin qaynar xətləri 193 vahid çağrı mərkəzinə birləşdirilib. 

Komitədən “Qafqazinfo”ya daxil olan xəbərə görə, artıq Komitənin bütün fəaliyyət sferasına aid olan müraciətlər vahid çağrı mərkəzi vasitəsilə cavablandırılır. Vətəndaşlar dövlət əmlakının özəlləşdirilməsi, icarəsi və istifadəsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, özəlləşdirmə prosesində keçirilən hərraclarla bağlı suallarını, habelə  torpaqların kadastr uçotu, keyfiyyət göstəricilərinin müəyyən edilməsi, istifadə vəziyyəti, təyinatının dəyişdirilməsi, ünvan və digər məsələlərlə əlaqədar yalnız bir nömrəyə-193 saylı vahid çağrı mərkəzinə ünvanlaya bilərlər. Başqa sözlə ölkə əhalisi Komitənin fəaliyyəti ilə bağlı yaranan bütün suallarının cavabını sadəcə 193 saylı vahid çağrı mərkəzinə zəng etməklə öyrənir.