Emma boşanıb? - “O sevinc sizə qismət olmayacaq”

emma-bosanib
Oxunma sayı: 931

Azərbaycanın tanınmış müğənnisi Elmira ( Emma) Ələkbərzadənin həyat yoldaşından boşandığı iddia olunub. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, sənətçinin bir müddət əvvəl Emil Çingizlə münasibətinə son qoyduğu deyilib. Onlar bir neçə ay bundan əvvəl ayrılmaq barədə qərar veriblər. Dost olaraq qalan cütlüyün bu xəbəri mediadan gizlətdiyi bildirilib. 

“Qafqazinfo” iddialara cavab almaq üçün müğənninin həyat yoldaşı E. Çingizlə əlaqə saxlayıb. O, yayılan məlumatı təkzib edib və boşanmadığını söyləyib:

“Biz bir aradayıq. Boşananda birinci siz bilərsiz. Amma o sevinc sizə qismət olmayacaq. Emma indi yanımdadır və gülür”.

Xatırladaq ki, cütlük 2012-ci ilin noyabr ayında ailə həyatı qurub. Onların 2015-ci ildə bir oğlan övladı dünyaya gəlib.