Emma məşhur restoranda zəhərləndi

Emma məşhur restoranda zəhərləndi
Oxunma sayı: 4291

Müğənni Elmira (Emma) Ələkbərzadə getdiyi restoranda zəhərlənib. “Qafqazinfo” xəbər verir ki, bu haqda sənətçi öz feysbuk hesabında məlumat yayıb.

O, Bayıl ərazisində yerləşən “Riviera” restoranında salat yedikdən sonra halının pis olduğunu, qida zəhərlənməsi yaşadığını bildirib: “Bayılda “Riviera” restoranında qızardılmış balıqdan hazırlanan salat sifariş verdim. Nəticədə zəhərləndim. İllər əvvəl də orada salatdan zəhərlənmişdim. Düşündüm zaman keçib, çox şey dəyişib. Ancaq yox! Onlar məni çox yaxşı tanıyırlar, ancaq yenə də keyfiyyətsiz yemək veriblər”. Ələkbərzadə “Riviera”ya getməmək üçün hər kəsə çağırış edib, bayram tətilindən sonra məkana gedərək məsələni aydınlaşdıracağını deyib.

Aysel Kərimova



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi