“Emmi”nin ilk qalibləri açıqlandı

emminin-ilk-qalibleri-aciqlandi
Oxunma sayı: 1323

Hazırda Los-Ancelesdə keçirilən “Emmi” mükafatlandırma mərasiminin ilk qaliblərinin adları açıqlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Taxt oyunları” serialı “Ən yaxşı dram serialı” kateqoriyası üzrə qalib olub. Serialın aktyoru Piter Dinkleyc isə Tirion Lannister roluna görə “İkinci planda ən yaxşı aktyor” mükafatını alıb. 

“Ən yaxşı komediya serialı” nominasiyasının qalibi isə “Möhtəşəm xanım Meyzel” olub. Baş rol ifaçısı Reyçel Brosnahan “Ən yaxşı komediya aktrisası”, Aleks Borşteyn isə “Komediya serialında ikinci planda ən yaxşı aktrisa” adlarına layiq görülüblər. 

“Ən yaxşı rejissor və ssenarist” mükafatını Emi Şerman-Palladino alıb.