Emomali Rahmon Azərbaycana gələcək

emomali-rahmon-azerbaycana-gelecek
Oxunma sayı: 1355

Tacikistan Prezidenti Emomali Rahmon Azərbaycana rəsmi səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev Bakı Ali Hərbi Məktəbində Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir qeyd edib ki, E.Rahmonun bu il Azərbaycana səfər edəcəyi gözlənilir:

“Hazırda dövlət başçısının səfərinə hazırlıq işləri gedir. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq”.

Bununla belə, diplomat səfərin dəqiq tarixini açıqlamayıb.