Emomali Rahmon Özbəkistanda səfərdə - 17 il sonra ilk

emomali-rahmon-ozbekistanda-seferde
Oxunma sayı: 2401

Tacikistan prezidenti Emomali Rahmon özbəkistanlı həmkarı Şövkat Mirziyaevin dəvəti ilə 17 il sonra Özbəkistana səfər edib.

“Qafqazinfo” Özbəkistan KİV-nə istinadən xəbər verir ki, iki gün davam edəcək rəsmi səfər zamanı ölkə liderləri strateji əməkdaşlıq da daxil olmaqla bir sıra vacib sənədlər imzalayacaqlar. 

Emomali Rahmon Səmərqənd şəhərini də ziyarət edəcək. 

Qeyd edilir ki, hazırda Özbəkistanda 1,5 milyondan çox tacik yaşayır.