Emoməli Rəhmon Heydər Əliyevin məzarını ziyarət edib

emomeli-rehmon-heyder-eliyevin-mezarini-ziyaret-edib
Oxunma sayı: 1835

Azərbaycanda rəsmi səfərdə olan Tacikistan dövlət başçısı Emoməli Rəhmon avqustun 10-da Fəxri xiyabana gələrək mərhum lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Ali qonaq dövlət xadimi Əziz Əliyevin və alim Tamerlan Əliyevin məzarlarının üzərinə də gül dəstələri qoyub.

Sonra Şəhidlər xiyabanına gedən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.