Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri başa çatdı

emomeli-rehmonun-azerbaycana-resmi-seferi-basa-catdi
Oxunma sayı: 2909

Tacikistan prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına rəsmi səfəri avqustun 11-də başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.