“Emre Aydın özü məni seçdi”

emre-aydin-ozu-meni-secdi
Oxunma sayı: 724

Leyla Ramazanlı isə “Qafqazinfo”ya açıqlama verərək sözügedən məsələyə aydınlıq gətirib. Gənc müğənni həmin konsertdə ifa etmək üçün Emre Aydının onu şəxsən seçdiyini bildirib: “Bu informasiya düzgün deyil, sözügedən konsert çox gözəl keçmişdi. Mənim təşkilatçılara borcum yoxdur”.

“Mən artıq heç kime pul vermirəm, pul alıram”- deyən müğənni məbləği açıqlamasa da, həmin konsertdən qonarar aldığını da bildirib.

Müğənni qeyd edib ki, elə konsert danışıqları gedən vaxtdan təşkilatçıların arasında qalmaqal yaranıb: “Probem təşkilatçıların öz arasında olub. Mən sözügedən konsertdə işimi uğurla yerinə yetirib performans da göstərmişəm”.

Konsertin təşkilatçısı Eser Fırıncıoğulları isə saytımıza açıqlamasında bildirib ki, təşkilatçı olaraq bizim adımızdan rəsmi verilməyən xəbər həqiqətə uyğun deyil.