Əmrə Bəlözoğlu “Fənərbaxça”ya dönür

Əmrə Bəlözoğlu “Fənərbaxça”ya dönür
Oxunma sayı: 806

Türkiyə milli komandasının sabiq futbolçusu Əmrə Bələzoğlu “Fənərbaxça”ya qayıdır.

“Qafqazinfo” xəbər verir ki, bunu onun hazırda formasını geyindiyi “Başakşəhər” klubunun prezidenti Göksəl Gümüşdağ yerli mətbuata açıqlamasında bəyan edib. O, Super Liqanın sonuncu turunda “Alanyaspor”a qarşı keçirdikləri oyundan (1:1) sonra Əmrənin ayrılacağı barədə xəbərləri rəsmən təsdiqləyib:

“Əmrə “Başakşəhər”in simvoluna çevrildi. Özü ilə görüşdüm, daha bir il bizimlə qalmasını istədim. Amma o, “icazə versəniz, karyeramı “Fənərbaxça”da başa vurmaq istəyirəm” dedi. Mən də icazə verdim. “Fənərbaxça” Əmrənin yuvasıdı”.

39 yaşlı futbolçunun dörd ildi şərəfini qoruduğu “Başakşəhər”lə müqaviləsi bu yay sona çatır. Bu üzdən də o, sabiq klubuna “azad agent” statusu ilə qayıdacaq.

Əmrə 2008-12 və 2013-15-ci illərdə “Fənərbaxça”nın şərəfini qoruyub. O, 4 il əvvəl müqaviləsi yenilənmədiyi üçün İstanbulun digər komandasına keçmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi