“Emre mənə “pis zənci” dedi”

emre-mene-pis-zenci-dedi
Oxunma sayı: 650

“Qafqazinfo”nun verdiyi xəbərə görə, çempionluq uğrunda mübarizənin getdiyi qrupun ilk oyununda “Fənərbaxça” “Trabzonspor”u qəbul edib. “Sarı-lacivərdlilər” Kristian və Sounun qolları ilə qələbə qazanıb – 2:0. Oyunda daha bir maraqlı məqam Zokora ilə Emre arasında baş verən qalmaqal oldu. Matçdan sonra “Trabzonspor”lu Zokora “Fənərbaxça”nın yarımmüdafiəçisini irqçilikdə günahlandırıb”Emre mənə “pis zənci” dedi. İngiliscə dediyi təhqir hamının anladığı kəlmədir. Bu, cəzasız qalmamalıdır”.
Final qrupunun digər qarşılaşması bu gün baş tutacaq. 2 gün əvvəl keçirilməli olan “Beşiktaş” – “Qalatasaray” oyunu güclü yağış səbəbindən təxirə salınmışdı.

15 aprel
"Fənərbaxça" - "Trabzonspor" - 2:0
Qollar: Kristian, 36 (1:0), Sou, 61 (2:0)

16 aprel
"Beşiktaş" - "Qalatasaray"

Ceyhun Əhmədov