Ən böyük mükafatı o qazandı

en-boyuk-mukafati-o-qazandi
Oxunma sayı: 649

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı iki avqust Milli Kino Günü ilə bağlı özünün ən böyük mükafatını, “Milli Kino Mükafatını” təqdim edib.
 
İttifaqın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan kinosuna verdiyi tövhələrə görə xalq artisti, məşhur kinorejissor, Space TV-nin rəhbəri Vaqif Behbud oğlu Mustafayev "Milli Kino Mükafatına" (mükafatı 2000 manat) layiq görülüb.
 
Qeyd edək ki, Vaqif Mustafayevə təqdim edilən mükafat avqustun 2-də Mədəniyyət və Turizm Nazirliyinin Nizami Kino Mərkəzində keçiriləcək tədbirdə təqim olunacaq.