Ən çox borcu olan ölkələr - Rəqəmlərlə siyahı

Ən çox borcu olan ölkələr
Oxunma sayı: 3032

“Anadolu” agentliyi Beynəlxalq Valyuta Fondunun (BVF) qlobal borclarla bağlı açıqladığı proqnozlar əsasında statistika hazırlayıb.

“Qafqazinfo” agentliyə istinadən xəbər verir ki, bu ilin sonunda 181 ölkənin borcu ümumilikdə 71 trilyon 325 milyard 4 milyon təşkil edəcək.

Bunun 84 faizi cəmi 11 ölkənin payına düşəcək:

1. ABŞ - 22.1 trilyon dollar

2. Yaponiya - 7.2 trilyon

3. Çin - 7.2 trilyon

4. İtaliya - 2.8 trilyon

5. Fransa - 2.8 trilyon

6. Almaniya - 2.5 trilyon

7. İngiltərə - 2.5 trilyon

8. Hindistan - 2 trilyon

9. Braziliya - 1.9 trilyon

10. Kanada - 1.6 trilyon

11. İspaniya - 1.5 trilyon

Beynəlxalq qurumlar iqtisadi böhran fonunda artan qlobal borcların yeni maliyyə itkisinə səbəb olacağını və bunun qarşısı alınması vacib problemlər sırasında ilk yerdə dayandığını açıqlayıblar.

Qeyd edək ki, 181 ölkənin bu ilin sonunda ümumi gəlirinin 86 trilyon 802 milyarda çatacağı proqnozlaşdırılır. ABŞ-ı nəzərə almadıqda bu gəlir 66.8 trilyona enir ki, bu da ümumi borcdan daha aşağıdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi