Ən çox Gömrük Komitəsindən material daxil olub

en-cox-gomruk-komitesinden-material-daxil-olub
Oxunma sayı: 1257

"2018-ci il ərzində Dövlət Gömrük Komitəsindən 17, Vergilər Nazirliyindən 7, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 21, Qida Təhlükəsizliyi Agentliyindən 8, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 6, məhkəmələrdən isə 22 material Baş İdarəyə daxil olmaqla araşdırma aparılıb".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2018-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransında Baş prokurorun müavini Kamran Əliyev deyib.

O bildirib ki, nəticədə 43 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb.

***

Prokurorluq əməkdaşları barəsində 8 material daxil olub, onlardan ikisi ilə bağlı cinayət işi başlanılıb, biri tamamlanaraq məhkəməyə göndərilib.