Ən çox satılan smartfonların reytinqi dəyişdi

en-cox-satilan-smartfonlarin-reytinqi-deyisdi
Oxunma sayı: 1854

Çinin “Huawei Technologies” şirkəti 2018-ci ilin ikinci rübündə smartfonların satış həcminə görə “Apple”ı geridə qoyaraq ikinci olub.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, bu barədə “Canalys” analitik şirkəti hesabat hazırlayıb.

Məlumata görə, cari ilin ikinci rübündə “Huawei” şirkəti 54 milyon telefon satıb ki, bu da ötən illə müqayisədə 41% daha yüksək göstəricidir. Şirkət “Huawei P20” adlı qabaqcıl smartfonunun populyarlığı sayəsində belə nəticə əldə edib.

Digər səbəb kimi şirkətin strategiyasında edilmiş dəyişiklik, xarici bazarlara çıxışı qeyd etmək olar.

2018-ci ilin ikinci rübündə “Samsung Electronics” şirkəti 73 milyon telefon satıb ki, bu da 2017-ci illə müqayisədə 8% azdır. “Apple” ikinci rübdə 41 milyon smartfon sataraq reytinqdə üçüncü yeri tutub.