Ən çox səyahət edən millətin adı açıqlandı

Ən çox səyahət edən millətin adı açıqlandı
Oxunma sayı: 2525

Böyük Britaniya sakinləri dünyada ən çox səyahət edən millətdir. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (JATA) hesabatında bildirilib.   

Hesabata əsasən, ötən il ərzində Birləşmiş Krallığın 126 milyon sakini təyyarə ilə ölkə xaricinə səyahət edib. Bu da bütün dünya sərnişinlərinin 8,6 %-ni təşkil edir.   

İkinci yeri amerikalılar tutub – onların hesabına ölkənin 115 milyon sakini və ya bütün sərnişinlərin 7,6 %-i düşüb.

Üçüncü yerdə çinlilər (97 milyon səyahətçi), dördüncü yerdə almanlar (94 milyon), beşinci yerdə isə fransızlar (60 milyon) qərarlaşıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi