Ən çox yağış hara yağıb?

en-cox-yagis-hara-yagib
Oxunma sayı: 1832

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabrın 11-i  gündüzdən 12-si səhərədək müşahidə olunmuş faktiki hava haqqında açıqlama yayıb.

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 11-i gündüzdən 12-si səhərədək  hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv və güclü olub, yağan güclü leysan yağış nəticəsində çaylarda sululuq artıb, Lənkərançay, Təngərüdçay, İstisuçay, Boladıçay və Veravulçayda sel müşahidə olunub. Hazırda intensiv və güclü yağış davam edir. 

Düşən yağıntının miqdarı Naxçıvan MR-da 2-3, Böyük Qafqazda 1-14, Lənkəran-Astara zonasında  1-25, Mərkəzi-Aran rayonlarında 1-18, Bakıda və Abşeron yarımadasında:  Ələtdə 11, BDU-da 10, Pirallahıda 8, Bakıda 5, Binə, Zabratda 4, Maştağada 3, Bayıl yamacında 2, Sumqayıtda 0.7 mm olub.