Ən etibarlı valyuta avrodur

en-etibarli-valyuta-avrodur
Oxunma sayı: 792

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Oksford Universitetinin apardığı araşdırmalara görə, bu ölkənin milli valyutasında 40,3 min bakteriya tapılıb. Danimarkadan sonra ikinci yerdə İsveç (39,6 min bakteriya) qərarlaşıb. 15 Avropa ölkəsinin valyutası üzərində aparılan tədqiqatlardan sonra məlum olub ki, ən “sağlam” valyuta avrodur.
Universitetin professoru İan Tompsonun sözlərinə görə, bu bakteriyalar bir çox xəstəliklərin, o cümlədən infeksiya xəstəliklərinin çoxalmasına səbəb ola bilər.