Ən gəncinin 16, ən yaşlısının isə 72 yaşı var... - Fotolar+ Video

Ən gəncinin 16, ən yaşlısının isə 72 yaşı var...
Oxunma sayı: 2973

Gənclər və İdman Nazirliyinin tennis kortunda sentyabrın 1-dən 7-nə kimi tennis üzrə həvəskarların beynəlxalq turniri keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, turnir iştirakçıları arasında İtaliyadan 3 idmançı, Finlandiyadan 1, Türkiyədən isə 2 idmançı olub. 

Ən maraqlısı isə odur ki, turnirdə bütün yaş kateqoriyasından olan idmançılar iştirak edib. Onlardan ən gəncinin 16, ən yaşlısının isə 72 yaşı olub. 

Turnir “Araz Motors”un sponsorluğu ilə həyata keçirilib.

Yarış 6 kateqoriya üzrə keçirilib: “Advanced men singles”, “Amateur men singles”, “Ampro men doubles”, “Amateur men doubles”, “Women singles”, “Mix doubles”.

Turnir uğurla başa çatıb, tennis həvəskarları unudulmaz anlar, gözəl dostluq atmosferi yaşayıblar.

Qeyd edək ki, yarış sentyabrın 7-si furşet, qaliblərin və finalçıların mükafatlandırılması, musiqi, eləcə də rəqslə başa çatıb.










Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi