Ən keyfiyyətli görüntü bu smartfondadır

en-keyfiyyetli-goruntu-bu-smartfondadir
Oxunma sayı: 3148

“DisplayMate” analitik firması ən keyfiyyətli displeyə malik smartfonun adını açıqlayıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, ötən həftə təqdim edilmiş “Galaxy Note9” smartfonu dünyada ən keyfiyyətli displeyə malik aparat elan edilib.

6,4 düymlük “SuperAMOLED” panel rənglərin ötürülmə dəqiqliyi, parlaqlıq və baxış bucağı daxil olmaqla bütün göstəricilər üzrə ən keyfiyyətli displey seçilib.

Hesabatda deyilir ki, yeni aparatın ən yüksək parlaqlığı ötən ilki 2Note8” ilə müqayisədə 27% yüksəkdir.