“Ən sadiqi” Xoşbəxt Yusifzadə oldu

en-sadiqi-xosbext-yusifzade-oldu
Oxunma sayı: 713

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycanın ən yaxşı müdafiəçisinin, ən yaxşı yarımmüdafiəçisinin və ən yaxşı qapıçısının adı açıqlanıb.

Ən yaxşı müdafiəçisi adına hazırda “Xəzər Lənkəran”da çıxış edən, ötən mövsüm isə “Neftçi”nin heyətində çempion olmuş yığmamızın üzvü Ruslan Abışov layiq görülüb. Abışov çıxışında ona səs verənlərə təşəkkür edib: “Neftçi”dəki çıxışıma görə bu mükafata layiq görüldüm.
“Xəzər Lənkəran”ın heyətində də uğurlu çıxış edib bu mükafatı qazanmağa çalışacağam”.

Unibank Premyer Liqasının ən yaxşı yarımmüdafiəçi isə Adrian Pit seçilib.

Ötən mövsümün ən yaxşı qapıçı adına “Xəzər Lənkəran” klubunun və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev sahiblənib. O, bu uğuru üçün şad olduğunu və bu adı qorumağın məsuliyyət tələb etdiyini bildirib: “Ötən mövsümün ən yaxşı qapıçısı seçildiyim üçün şadam. Bu uğuru qazanmaq asandır, ancaq qorumaq çətindir. Düzünü desəm, bu mükafatı qazanacağıma o qədər də inanmırdım”.

Ötən mövsümün qaliblərinin mükafatlandırılması mərasimində “ən sadiq azarkeş” nominasiyası üzrə də mükafat verilib. Peşəkar Futbol Liqasının təsis etdiyi bu mükafat ARDNŞ-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəyə təqdim olunub.

Sevinc