“Ən ucuz yollar Azərbaycanda tikilir” - Nazir

en-ucuz-yollar-azerbaycanda-tikilir-nazir
Oxunma sayı: 720

“Bəzən mediada belə fikirlər səsləndirilir ki, Azərbaycanda yolların tikintisi baha başa gəlir. Guya Azərbaycanda yollar dünyada ən baha başa gələn yollardandır. Əslində, bu belə deyil”. APA-nın xəbərinə görə, bu fikirləri nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, reallıqda ən ucuz yollar Azərbaycanda tikilir: “Yol layihələri çərçivəsində həddindən artıq köçürmələr olub. Yolların çəkilməsi üçün fərdi evlər, digər obyektlər, kommunikasiya xətləri köçürülür. Bunların da hamısı nəqliyyat layihəsinə daxil olduğu üçün bəzən ilk baxışda qiymət yüksək görünür. Ancaq araşdırdıqda görürsən ki, ümumilikdə sərf edilən vəsaitin daxilində yolun qiyməti çox münasib və ədalətli bir şəkildə öz təsvirini tapıb”.

Z. Məmmədov qeyd edib ki, “Şəfa” stadionun yanında əvvəlcə piyada keçidinin tikilməsi nəzərdə tutulub: “Sonra prezidentin bu istiqamətdə tapşırığı oldu. Hazırda orada həm də yeni bir nəqliyyat qovşağı yaradılır. Bu da Bakının nəqliyyat sıxlığının yüngülləşməsinə öz müsbət təsirini göstərəcək”.