Ən yaxşı baş məşqçilərin sıralaması açıqlanıb

en-yaxsi-bas-mesqcilerin-siralamasi-aciqlanib
Oxunma sayı: 1940

İspaniyanın “Comunicar es Ganar” portalı tərəfindən 10 müxtəlif kateqoriya üzrə arşadırmanın nəticələri açıqlanıb.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, “ən yaxşı baş məşqçi” kateqoriyasında “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola ilk pilləni tutub. O, 100 mümkün xaldan 78.4-ü toplayıb.

Massimiliano Alleqri (“Yuventus”) 77.5 xalla ikinci, Zinəddin Zidan isə (“Real Madrid”) 74.9 xalla üçüncü olub. Ümumi sıralamada Joze Mourinyo 6, Ernesto Valverde 9, Xulen Lopeteqi 10, Roberto Martinez 16-cı olub.

“La Liqa”nın ən yaxşı məşqçisi isə Zidan olub. “Beşlik”də Simeone, Ernesto Valverde, Marselinyo Qarsiya Toral və Eusebio Sakristan da yer alıb.

Yenicə “Malaqa”nın sükanı arxasına keçən Xose Qonzalez isə sonuncudur. Reytinq məşqçilərin təkcə idman nailiyyətlərinə yox, həm də cəmiyyətdə qazandığı mövqe, sosial davranışı, kommersiya brendlərinin marağını cəlb etməsi kriteriyalarına da əsaslanır.