Ən yaxşı elektron xidmətlər göstərən dövlət orqanları bəlli oldu

en-yaxsi-elektron-xidmetler-gosteren-dovlet-orqanlari-belli-oldu
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatna görə, ATƏT-in Bakı ofisinin dəstəyi ilə 41 dövlət qurumu üzrə aparılan ilkin təhlil “Şəffaflıq Azərbaycan”, Konstitusiya Araşdırmaları fondu və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım fondu tərəfindən reallaşdırılıb. Monitorinqin nəticələrinə görə, elektron xidmətlər göstərilməsi sahəsində xeyli iş görmüş mərkəzi icra hakimiyyəti orqanları arasında ən geniş şəkildə bu xidmətləri göstərən dövlət qurumları kimi Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu xüsusi vurğulanıb. Səliqəliliyi və tamlığı ilə fərqlənən digər bir veb-səhifə kimi isə Dövlət Miqrasiya Xidməti qeyd olunub.

Nigar Məmmədli