“Ən yaxşı formada özümüzü göstərməyə çalışacağıq” - Qurban Qurbanov

en-yaxsi-formada-ozumuzu-gostermeye-calisacagiq
Oxunma sayı: 960

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə “Arsenal”ın qonağı olacaq.

“Qafqazinfo” xəbər verir ki, təmsilçimizin baş məşqçisi Qurban Qurbanov Londonda oyunöncəsi keçirilən mətbuat konfransında fikirlərini bildirib:

“Qrup mərhələsində sonuncu oyunumuzdur, rəqibimiz isə İngiltərənin köklü klublarından “Arsenal”dır və gücü hamıya bəllidir. Bilirik ki, rəqib bu mövsüm çox yaxşı nəticələr göstərir. Sabah da yaxşı oyun göstərmək üçün meydana çıxacağıq və çalışacağıq ki, ən yaxşı formada özümüzü göstərək”.

Qeyd edək ki, “Arsenal” - “Qarabağ” görüşü dekabrın 13-ü Bakı vaxtı ilə 00:00-da start götürəcək.