“Ən yaxşı kimdir?” - “Facebook”da səsvermə

en-yaxsi-kimdir-facebookda-sesverme
Oxunma sayı: 658

O, bildirib ki layihədə “İlin müğənnisi”, “İlin kişi və qadın ifaçıları”, “İlin qadın teleaparıcısı”,”İlin radio aparıcısı”, “İlin klipi”, “İlin ən yaxşı fotoqrafı” və s. nominasiyalar üzrə mükafatlar təyin olunacaq: “Bu layihədə “İlin müğənnisi” və digər sahələrin birincisini seçmək üçün fərqli səsvermə olacaq. İnsanlar bu sahələr üzrə binincini seçmək üçün yalnız “Facebook” sosial şəbəkəsindən səs verə bilərlər.

Bu cür səsvermə üçün “Facebook”u seçməyimizdə də məqsədimiz var. Düşündük ki, insanların daha çox üstünlük təşkil etdiyi yer “Facebook”dur. Həm də insanlar sevdiyi sənətçiyə yalnız şəkil vasitəsi ilə səs verə bilərlər. Səsvermə təxminən 20-25 gün ərzində aparılacaq”.

Ceyhun Məhərrəmov onu da bildirib ki, qaliblərin adı bilindikdən sonra bir həftə ərzində böyük konsert proqramı ilə birincilik qazananlara mükafatlar təqdim olunacaq.

Məlumat üçün bildirək ki, “Ən yaxşı kimdir?” layihəsinin təşkilatçısı və ideya müəllifi Ceyhun Məhərrəmov, informasiya dəstəyi isə “Qafqazinfo.az”dır.

Aynur Babayeva