Ən yaxşı oyunçunun adı bəlli oldu

en-yaxsi-oyuncunun-adi-belli-oldu
Oxunma sayı: 641

Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Rauf Əliyev ötən ayın ən güclü futbolçusu seçilib.

Azərbaycan yığmasının da şərəfini qoruyan “Qarabağ”in forvardı respondentlərin 28 faizlik səs çoxluğunu (213 səs) qazanıb. Hər halda onun ötən ay xüsusilə yığmamızın heyətindəki uğurlu çıxışı oxucularımızın diqqətindən yayınmayıb.

Əliyevin ən yaxın izləyicisi isə “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit olub. Cənubluların rumıniyalı futbolçusu səslərin 23 faizini toplaya (174 səs) bilib.

Üçüncü yeri isə ötən ayın ən yaxşısı - “Kəpəz”in yarımmüdafiəçisi Ceyhun Sultanov tutub. O, bu dəfə əsas rəqiblərilə müqayisədə bir qədər az – 18 faiz (136) səs toplayıb.