Ən yaxşı oyunçuya “Kalaşnikov” avtomatı veriləcək - Video

Ən yaxşı oyunçuya “Kalaşnikov” avtomatı veriləcək
Oxunma sayı: 828

Rusiyanın “İjstal” (İjevsk) xokkey klubu bundan sonra matçın ən yaxşı oyunçusuna “Kalaşnikov” avtomatı verəcək. “Qafqazinfo” bildirir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.   

İkinci gün İjevsk xokkeyçiləri Çelyabinskin “Çelmet” komandasına 3:2 hesabı ilə qalib gəlib. Oyundan sonra “İjstal”ın baş məşqçisi Ramil Sayfullin əlində əsl “Kalaşnikov” avtomatı ilə soyunma-geyinmə otağına gəlib.

“Bu maket bundan sonra xokkeyçilərin özlərinin seçdiyi matçın ən yaxşı oyunçusuna təqdim ediləcək. Simvolik mükafatın birinci sahibi qapıçı Saveli Kononov olub”, - klubun məlumatında deyilir.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi