Ən yüksək balı o yığdı - Fotolar

en-yuksek-bali-o-yigdi
Oxunma sayı: 5858

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 2019-cu il iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. İmtahanda III ixtisas qrupu üzrə 1 abituriyent maksimal nəticə – 400 bal toplayıb.

"Qafqazinfo" xəbər verir ki, həmin abituriyent Bakı şəhəri 192 nömrəli məktəbin məzunu Zülfiyeva Səbinə Novruz qızıdır. 

O, məktəbi də fərqlənmə attestatla bitirib.