Ən yüksək internet qiymətləri Azərbaycandadır

en-yuksek-internet-qiymetleri-azerbaycandadir
Oxunma sayı: 1263


AİF-in yaydığı məlumatda deyilir ki, qiymət endirimindən sonra Azərbaycanda internetin inkişafında  xeyli irəliləyişlər olub. Genişzolaqlı istifadəçilərin sayı, ölkəyə daxil olan və istifadə edilən internet trafikin həcmi xeyli artıb. Cəmiyyətin müxtəlif sahələrində İKT-nin tətbiqi, biznesə marağın artması daha keyfiyyətli və sürətli internetə tələbatı artırıb:

«Amma müşahidələr göstərir ki, hazırda ölkədə internetin mövcud keyfiyyəti və qiymətlər bu tələbatın yetərincə ödənilməsinə maneçilik yaradır».

«Qonşu ölkələrlə müqayisədə Azərbaycanda internet xidmətlərinin qiymətləri kifayət qədər yüksəkdir. Araşdırmalar zamanı qonşu ölkələrlə müqayisədə bizdəki qiymətlərin bir neçə dəfə, optik xətlər üzərindən olan internet xidmətlərinin isə hədsiz dərəcədə baha olduğu müəyyən olunub. Diqqətçəkən məqam həm də ondan ibarətdir ki,  Azərbaycanda yüksək tariflər daha çox dövlət provayderləri tərəfindən tətbiq edilir».

AİF bildirir ki, ölkədə keyfiyyətli internet problemi qalır:

«İnternetin keyfiyyətinin artırılması və qiymətlərin endirilməsi üçün ciddi əsaslar var. RİTN, «Delta Telecom» tərəfindən təsirli addımların atılması vacibdir». 

azadliq.info