Ən yüksək terror təhlükəsi elan edilib

en-yuksek-terror-tehlukesi-elan-edilib
Oxunma sayı: 667

Böyük Britaniya hökuməti “Mançester Arena”da baş verən faciədən sonra terror təhlükəsinin səviyyəsini maksimal artırmaq qərarına gəlib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu bardə Birləşmiş Krallığın hökumət başçısı Tereza Mey kabinetinin üzvləri ilə keçdirdiyi təcili müşavirədə bildirib.

Böyük Britaniya tarixində yalnız 3-ü dəfədir ki terror təhlükəsinin səviyyəsinin maksimuma qədər artırılması baş verib. Bu səbəbdən belə vəziyyətin yaxın günlərdə ləğv olunacağı gözlənilir.