“Endirim”lərə inanmayın!

endirimlere-inanmayin
Oxunma sayı: 684

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, mağazanın ön tərəfindəki pəncərələrdə iri hərflərlə “Bayrama özəl 70% endirim” sözləri yazılsa da, mağazada satılan 9 çeşiddə geyimlərin heç birinin qiymətinə endirim tətbiq edilmədiyi, 8 çeşiddə geyimlərin qiymətlərinə isə mağaza işçiləri tərəfindən endirim tətbiq olunduğu bildirilsə də, həmin geyimlərin etiketlərinin üzərində endirim barədə məlumatların qeyd edilmədiyi aşkar olunub.

Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində, mağazanın pəncərələrində yerləşdirilmiş istehlakçıların seçmə sərbəstliyinə təsir göstərməklə istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiq reklamın yayımı dayandırılıb.
İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Nigar Məmmədli