Enerji sektoru özəlləşdirilir

enerji-sektoru-ozellesdirilir
Oxunma sayı: 1071


“Qafqazinfo” xəbər verir ki, bu qanuna əsasən yerli və xarici investorlar Meksikanın neft, qaz və elektrik sektorlarında sərbəst fəaliyyət göstərə biləcəklər. Həmçinin özəl və yerli şirkətlərə ölkədə neft axtarışı, istehsalı və satışını həyata keçirmək hüququ da verilib.

Sentyabrda Meksikanın Enerji Nazirliyi yeni neft və qaz axtarışların aparılması üçün lisenziyaların verilməsini elan edəcək. Gələn il reallaşdırılacaq tenderlərə “Shell” və “Exxon Mobil” dünyanın tanınmış neft şirkətlərinin marağı böyükdür. Özəlləşdirmənin Meksikada neft və qaz istehsalının artımasna, ölkədə elektrik enerjisinin qiymətlərinin aşağı düşməsinə səbəb olacağı bildirilir.

Qeyd edək ki, Meksikada neft sektoru 1938-ci ildən bəri dövlətin nəzarətində idi.