Enerjimiz artıb

enerjimiz-artib
Oxunma sayı: 699

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1 milyard kilovatsaata yaxın, su elektrik stansiyalarının (SES) payına isə 0,3 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsalı düşür.

Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Həmin mənbədən bildirildiyinə görə, 2011-ci ilin 6 ayı ərzində enerjisistemdə 10 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu həcmdən də 8,4 milyard kilovatsaata yaxını İES-lərin, 1,6 milyard kilovatsaatdan çoxu isə SES-lərin payına düşür.

Nigar Məmmədli