Enrike ilə Anna ilk dəfə əkizlərinin üzünü göstərdi - Foto

enrike-ile-anna-ilk-defe-ekizlerinin-uzunu-gosterdi
Oxunma sayı: 1838

Məşhur ispan müğənni Enrike İqlesiasla rusiyalı tennisçi və model Anna Kurnikova ilk dəfə əkizlərinin üzünü geniş ictimaiyyətə göstəriblər.

“Qafqazinfo” xəbər verir ki, 42 yaşlı sənətçi ilə 36 yaşlı həyat yoldaşı oğlu ilə qızlarının 1 aylarının tamam olması ilə münasibətilə  hərəsi ayırılıqda uşaqlardan biri ilə şəkil çəkdirərək İnstaqram hesablarında paylaşıblar və “Mənim günəş işığım” qeydini yazıblar.

Qeyd edək ki, Nikolas və Lyusi adlı əkizlər dekabrın 16-da Mayamidə dünyaya gəliblər.