Ənvər Seyidov yenidən xəstəxanaya düşdü

Ənvər Seyidov yenidən xəstəxanaya düşdü
Oxunma sayı: 2556

Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Ənvər Seyidov yenidən xəstəxanaya düşüb.

"Qafqazinfo" Modern.az-a istinadən xəbər verir ki, sentyabrın 25-də hakimin səhhəti qəfil pisləşib. Bu səbəbdən də Ə.Seyidov Mərkəzi Neftçilər Xəstəxanasının ümumi reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxandan faktı təsdiq ediblər. Bildirilib ki, Ənvər Seyidov xəstəxanaya gətirilərkən vəziyyəti kritik olub:

“İki gündür bura gətirilib. Gəldiyi günə nisbətən vəziyyəti sabitləşib, həyati təhlükəsi yoxdur. Üzərində hər hansı cərrahiyyə əməliyyatı aparılmayıb”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi