Ər arvadını döyərək xəstəxanalıq edib

er-arvadini-doyerek-xestexanaliq-edib
Oxunma sayı: 1360

Paytaxtın Xətai rayonunda döyülmə hadisəsi baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Əhmədli qəsəbəsi, Qədir Məmmədov küçəsi, ev - 6, mənzil 4-də yaşayan 31 yaşlı Rəsmiyyə Baba qızı Niftullayeva ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən ölümcül döyülüb.

Yaralı xəstəxanaya gətirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Baş nahiyəsinin əzilmiş-kəsilmiş yarası alan R.Niftullayevanın vəziyyətini həkimlər kafi qiymətləndirir. Qadın öz həyat yoldaşı tərəfindən nə səbəbə döyülməsini açıqlamasa da, bunun hər gün təkrarlandığını bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis bölməsi tərəfindən araşdırmaya başlanılıb.