Ər-Riyada ballistik raket atıldı

Ər-Riyada ballistik raket atıldı
Oxunma sayı: 1383

Yəmən Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada balistik raket atıb.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, raketin hədəfi Xalid hava limanı olub.

Lakin, raket hava hücumundan müdafiə sistemi vasitəsilə vurulub və hava limanının yaxınlığında boş sahəyə düşüb. Hadisə zamanı ölən və ya yaralanan olmayıb.

Qeyd edək ki, 2015-ci ilin martından etibarən S.Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəməni bombalayır. Hücumlar nəticəsində 10 mindən çox yəmənli ölüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi