Ərbildəki terror aktını o, törədib - Bacısı millət vəkilidir

erbildeki-terror-aktini-o-toredib
Oxunma sayı: 2984

İraqın Ərbil şəhərində türkiyəli diplomatlara qarşı təşkil edilmiş silahlı hücumla bağlı bəzi təfərrüatlar məlum olub.

“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ərbil Polis İdarəsi hücumu 3 nəfərin təşkil etdiyinə dair məlumat yayıb.

Bildirilir ki, 3 nəfərdən əsas şübhəli Diyarbəkir şəhər sakini, 27 yaşlı Mazlum Dağdır. O, hazırda axtarışa verilib.

Mazlum Dağın 13 bacı-qardaşı var. Bacısı Xalqların Demokrtaik Partiyasın Diyarbəkirdən (HDP) olan millət vəkili Dersim Dağdır.

Onun digər iki qardaşı- “İsyan” kod adlı İbrahim Dağ və “Numan” kod adlı Lütfi Dağ PKK terror təşkilatının üzvüdür.

Məlumata görə, Mazlum Dağ 2015-ci ildə PKK-ya qoşulub. O, hadisədən öncə bir həftə ərzində 4 dəfə təşkilatın Mahmur şəhərindəki düşərgəsinə baş çəkib. 

Xatırladaq ki, “Huqqabaz” restoranında törədilmiş terakt nəticəsində Türkiyənin Ərbildəki  Konsulluğunun əməkdaşı Osman Köse şəhid olub, daha iki İraq vətəndaşı həlak olub.