Ərdoğan “15 iyul” yürüşünə çıxacaq

erdogan-15-iyul-yurusune-cixacaq
Oxunma sayı: 1108

FETÖ-nün (Fətullahçı Terror Təşkilatı) 15 iyul dövlət çevrilişinə cəhdinin ikinci ildönümündə keçiriləcək yürüşə prezident Rəcəb Tayyib Ərdoğan da qatılacaq.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, yürüş Şəhidlər körpüsündə başlayacaq.

Ərdoğan 15 iyul "Demokratiya və Milli Birlik Günü"ndə Ankaradakı proqramını bitirdikdən sonra İstanbula yola düşəcək, Şəhidlər körpüsü ilə Şəhidlər xiyabanını ziyarət edəcək. Prezident yürüşdən sonra xalqa müraciət edəcək.