“Ərdoğan 6 ay sonra boşanacaqsan dedi, elə də oldu”

erdogan-6-ay-sonra-bosanacaqsan-dedi-ele-de-oldu
Oxunma sayı: 4628

Aktyor Yalçın Dümər qatıldığı verilişdə prezident Rəcəb Tayyib Ərdoğanla bağlı maraqlı xatirəsini bölüşüb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Esra Balamirlə illər əvvəl nikah masasına əyləşən aktyorun şahidi Ərdoğan olub:

“Biz Esra Balamirlə Qalatasaray adasında evlənmişdik. Cənab prezidentimiz onda icra başçısı idi. Nikahımızı bağladı, təşəkkür etmək üçün ona yaxınlaşdım. Mənə “bu evlilik 6 ay davam edəcək” dedi. Elə də oldu. 6 ay sonra boşandıq. Sonra Ərdoğanla birlikdə matça getdik. Mənə “Gördün, necə bildim?” dedi”.