Ərdoğan adı rüşvətdə hallanan oğlundan danışdı

erdogan-adi-rusvetde-hallanan-oglundan-danisdi-
Oxunma sayı: 2972



“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir Rəcəb Tayyib Ərdoğan dünən İslamabaddan Ankaraya qayıdarkən ölkədə böyük səs –küyə səbəb olan rüşvət və qaçaqmalçılıq əməliyyatı ilə bağlı təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğanın sözlərinə görə, aparılan rüşvət əməliyyatı bütövlükdə millətə, dövlətə qarşı yönəlib: “Bu, hökumətə, millətə, milli iradəyə qarşı yönəlmiş bir əməliyyatdır. Əgər korrupsiyadan danışılırsa, bu günə qədər millətin, dövlətin malına qarşı bir zərər haqqında yazı oxudunuzmu? Belə bir şey varsa, mənə gətirin, lazım olanı edim. Ortada fakt varmı? Kim kimə nə verib? Konkret nəsə var?”.

Nazir həmçinin Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağşın rüşvət əməliyyatında ittiham olunması ilə də bağlı danışıb: “AB ofisinə çanta ilə girdi, çantasız çıxdı” deyirlər. Təslim edərkən görüntü varmı?Sadəcə “Çantayla girdi, çantasız çıxdı” kimi münasibət ola bilərmi? Belə hüquq varmı? Anlamaq mümkün deyil. Bəlkə o çantada kitab aparıb. Dostlar, bundan sonra çantayla heç yerə getməyin. Məlum, çanta artıq cinayət alətidir! Hətta, çamadanı da unudun, istifadə etməyin. Zəfər bəyin oğluna hədiyyə paltar göndərildiyini söyləyirlər. Belə uydurma şeylər.. Sübutun varsa ortaya qoy. O zaman eyvallah. Amma “Çantayla girdi, çantasız çıxdı” kimi fikirləri qəbul etmək mümkün deyil”.

Ərdoğan özünün rüşvət əmliyyatında əsas hədəflərdən olduğunu da ifadə edib: “Dəstəmazından şübhəsi olmayanın namazından şübhəsi olmaz. Tayyib Ərdoğanı vurmağa çalışsalar, bundan heç nə qazana bilməyəcəklər. Bunu bildikləri üçün ətrafımdakı dostlarıma hücum edirlər. TÜRGEVlə bağlı (Türkiyə Gənclik və Təhsilə Xidmət Vəqfi) oğlum Bilalın da adını hallandırırlar. Guya ki, vəqflə bağlı yenidənqurma işləri aparılmasını tələb edib. Bunun üçün bələdiyyəyə getmək cinayətdirmi? Bələdiyyələrin sosial işlərə yönləndirilməsi cinayət deyil, əksinə olduqca təbii hadisədir. Sosial işlə məğul olmayan bələdiyyə varmı? Oğlum TÜRGEV-in rəhbərlərindən biri olduğundan ora ilə məni vurmaq istəyirlər”.

Aynur