Ərdoğan Almaniyaya gedir

Ərdoğan Almaniyaya gedir
Oxunma sayı: 649

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan iyulun 7-8-i Almaniyaya səfər edəcək.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanın səfər proqramı açıqlanmır. 

Rudaw kürd telekanalı türk lideri ilə Almaniya kansleri Angela Merkelin görüşünün gözlənildiyini bəyan edib, lakin məlumatın mənbəyini açıqlamayıb. 

Qeyd edək ki, Almaniya hökuməti iyunun 7-də alman qoşunlarının Türkiyənin “İncirlik” aviabazasından çıxarılması haqda qərar qəbul edib. 

Türkiyə isə Almaniya hökumətini dövlət çevrilişində ittiham olunan hərbçiləri ölkələrinə təhvil verməməkdə ittiham edir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi