Ərdoğan Arda ilə məzələndi

erdogan-arda-ile-mezelendi
Oxunma sayı: 653

Türkiyə baş naziri Rəcəb Tayip Ərdoğan İspaniyada rəsmi səfərdə olarkən tütkiyəli futbolçularla görüşüb. “Qafqazinfo” xəbər verir ki, Ərdoğan Madriddə qaldığı oteldə “Atletiko Madrid” klubunun oyunçuları Arda Turanı və Emrə Bələzoğlunu qəbul edib. Görüş zamanı baş nazir Arda turanın saçı ilə əlaqədar zarafat edib. O, Ardaya “ Burda bərbər yoxdu deyəsən” deyib. Hazırcavab futbolçu isə qarşılığında “İqtisadiyyatları zəifdi ona görə belədir” şəkilində cavab verib. Daha sonra hər iki futbolçu öz formalarını Erdoğana bağışlayıblar.

Daha sonra Türkiyənin baş nazirindən müəyyən tövsiyələr alan Arda və Əmrə, Ərdoğanın nəvələri - Əhməd Akif və Ömər Tayyipə imzalı forma bağışlayıblar. Ərdoğan sonda Arda və Əmrəyə məsləhət verərək "əsla siyasətə qoşulmayın" - deyib.

İqbal