Ərdoğan “Ayla”nın həqiqi qəhrəmanı ilə görüşdü - Fotolar

erdogan-aylanin-heqiqi-qehremani-ile-gorusdu
Oxunma sayı: 1780

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Cənubi Koreyaya səfəri zamanı “Ayla” filminin həqiqi qəhrəmanı, 73 yaşlı Eunja Kimi qəbul edib. “Qafqazinfo” xəbər verir ki, Ərdoğan qaldığı oteldə Eunja ilə görüşüb, onun xatirələri barədə söhbət edib. 

Bundan əlavə, prezident üçün təşkil olunan nahar yeməyinə filmdə rol alan koreyalı aktrisa Kim Seol dəvət olunub.  O, Ərdoğanla görüşüb, foto çəkdirib.

Xatırladaq ki, Süleyman Dilbirliği 1950-ci ildə Koreya müharibəsində ailəsini itirən 5 yaşlı qızı sahiblənərək adını Ayla qoymuşdu. Onun bu hekayəsi “Ayla” filminin yaranmasına səbəb olmuşdu. Qazi ötən ilin dekabr ayında dünyasını dəyişmişdi. 

Qeyd edək ki, "Oskar"da "Ən yaxşı xarici film" nominasiyasına namizəd olmaq istəmiş, lakin ekran işinin namizədliyi qəbul edilməmişdi.