Ərdoğan Bakı səfəri öncəsi açıqlamalar verdi

erdogan-baki-seferi-oncesi-aciqlamalar-verdi
Oxunma sayı: 4752


“Qafqazinfo” Türkiyə KİV-nə istiandən xəbər verir ki, baş nazir məşhur “Balkon çıxışı”ndan sonra ilk dəfə açıqlamalar verib. Ərdoğan bələdiyyə seçkiləri ilə bağlı ona ünvanlanan sualı cavablandırıb:

“Bunu hər kəsin bilməsini istəyirəm ki, bu nəticələr ilə sadəcə partiyamız deyil, Türkiyə deyil, bölgəmiz qazanmış, sülh qazanmışdır. İnsan haqq və azadlıqlarını müdafiə etməyə davam edəcəyik”.

Baş nazir prezident seçkilərinə qatılıb-qatılmayacağı ilə bağlı isə bildirib ki, ilk olaraq prezident Abdulla Güllə aralarında danışıb bu məsələni həll edəcəklər. Hazırda bu haqda danışmağın gərəksiz olduğunu vurğulayıb.

Ərdoğan həmçinin Azərbaycana səfəri ilə bağlı da bəzi açıqlamalar verib:

"Bunu xüsusilə vurğulamaq istəyirəm ki, Türkiyə Azərbaycan əlaqələri örnək alınacaq xüsusiyyət daşıyır. Mükəmməl səviyyədə olan ikili əlaqələrimizdən başqa, Cənubi Qafqaz miqyasında da uğurlu layihələrə imzalar atılır. Bölgədə hərtərəfli bir barışın əldə edilməsi yolunda çalışmalara aktiv şəkildə yardım edirik. Ziyarətim sırasında Əliyev ilə görüşümdə Azərbaycanın ərazi bütövlüyü istiqamətində davam etdirilən işlərlə bağlı da söhbətimiz olacaq”.