Ərdoğan başa düşmədi, prezident tərcümə etdi - Video

erdogan-basa-dusmedi-prezident-tercume-etdi-video
Oxunma sayı: 662

Məlumata görə, Türkiyə baş nazirinin Qırğızıstan prezidenti Almazbek Atambayevlə birlikdə keçirdiyi mətbuat konfransında tərcüməçi yerli jurnalistin Ərdoğana verdiyi sualı tam tərcümə edə bilməyib. Təəccüblə baxan Ərdoğanın köməyinə prezident Atambayev yetişib və jurnalistin verdiyi sualı Ərdoğana başa salıb. R.T.Ərdoğan bu yardımına görə, Atambayevə təşəkkürünü bildirib: “Tərcümələrdə bəzən sıxıntı yaranır. Cənab prezident sağolsun işi asanlaşdırdı”.



anspress