Ərdoğan Bayraqdar istefa verməyibmiş...- - Təfərrüat

erdogan-bayraqdar-istefa-vermeyibmis-
Oxunma sayı: 1813


 “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Rüşvət əməliyyatında uşaqları həbs edilən Daxili işlər naziri Muhammer Gülər və İqtisadiyyat naziri Zəfər Çağlayan “Çirkin oyunu pozmaq” məqsədiylə istefa verdiklərini açıqlamışdılar.

Bu gün isə Türkiyənin rəsmi qəzetində gözlənilməz bir məqam yer alıb. “Bayraqdar istefa etməyib, vəzifəsindən alınıb”. Baş nazirlik tərəfindən köşkə təqdim edilən sənəddə Ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdarın vəzifədən alınması ifadəsi yer alıb.

Qeyd edək ki, dünən günün ikinci yarısında istefa verən nazir Bayraqdar canlı yayımda baş nazir Ərdoğandan da istefa verməyi tələb edib.